“Çelsi” ilə “Mançester Siti”yə xəbərdarlıq edilib
“Çelsi” və “Mançester Siti” maliyyə pozuntularına görə İngiltərə çempionatından kənarlaşdırıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Premyer Liqanın müstəqil komissiyası artıq klublara təqsirli bilinəcəkləri təqdirdə çempionatdan çıxarıla biləcəkləri barədə xəbərdarlıq edib.
“Mançester Siti”yə qarşı ötən ilin fevralında 115 qayda pozuntusu ilə bağlı ittiham irəli sürülüb və klubun vəkilləri onları mübahisələndirirlər.
“Çelsi” hələ ittiham olunmayıb, lakin 2023-cü ilin yayında klubun maliyyə hesabatlarında pozuntular aşkarlanıb.
“Nottingem Forest” bu mövsüm maliyyə pozuntularına görə 4, “Everton” isə 6 xaldan məhrum olunub.
“Mançester Siti” Premyer Liqada 28 oyundan sonra 63 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Çelsi” 27 oyundan sonra 39 xalla 11-cidir.
Bizi Facebook-da izləyin