“Çelsi” və “Liverpul”un sabiq hücumçusu Super Liqa klubunda
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi italyan hücumçu Fabio Borinini heyətinə qatıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Borini karyerası ərzində “Çelsi”, “Suonsi Siti”, “Roma”, “Liverpul”, “Sanderlend” və “Milan” kimi klublarda forma geyinib. Onun sonuncu iş yeri ötən mövsüm formasını geyindiyi “Verona” olub. Fabio İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə isə cəmi bir oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin