“Çelsi” ukraynalı qapıçıdan imtina edib
Ukrayna millisinin və “Real”ın qapıçısı Andrey Lunin “Çelsi”yə keçməyəcək.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, London klubunun rəhbərliyi başqa qapıçının xeyrinə seçim edib. “Çelsi” “Vilyarreal”dan Filip Yorgenseni transfer etməyə yaxındır.
Lunin 2018-ci ildən “kral klubu”nda çıxış edir. Onun Madrid klubu ilə müqaviləsinin müddəti gələn ilin ortalarına kimi hesablanıb. 25 yaşlı qolkiperin transfer dəyəri 25 milyon avrodur.
Lunin ötən mövsüm “Real”a La Liqa və Çempionlar Liqasını qazanmağa kömək edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin