Ukraynalı futbolçu “Çelsi”ni tərk etməyəcək
Mixail Mudrik yaxın vaxtlarda “Çelsi”ni tərk etməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçunun mümkün transferi ilə bağlı yayılan xəbərlər əsassızdır.
Mudrikin heç bir başqa klubla danışıqları yoxdur. “Çelsi” hələ də oyunçuya güvənir və onun gələcək irəliləyişini gözləyir.
23 yaşlı yarımmüdafiəçi bu mövsüm 2 matçda qol vurmadan iştirak edib. Daha əvvəl “Barselona”nın ukraynalı vingerlə maraqlandığı deyilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin