“Çelsi” “İnter”in hücumçusu üçün 3 oyunçu və pul təklif edir

“Çelsi” “İnter”də çıxış edən argentinalı forvard Lautaro Martinesin transferini düşünür.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, londonlular potensial müqaviləyə ukraynalı yarımmüdafiəçi Mixail Mudriki də daxil etməyi planlaşdırırlar.

“Çelsi” Mudrikdən başqa, yarımmüdafiəçisi Karni Çukvuameka, müdafiəçi Benoit Badiaşile və pul təklif edir.

Mudrik hazırda dopinq testinin müsbət çıxdığı üçün futboldan uzaqlaşdırılıb. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 7 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button