“Çelsi” Tuxelə görə peşman olub
“Çelsi” almaniyalı mütəxəssis Tomas Tuxeli istefaya göndərmək qərarına təəssüflənir.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Klubun yeni sahibləri Tuxellə əməkdaşlığı davam etdirmək istəməyiblər. Lakin hazırda “Çelsi”də onun boş yerə qovulduğunu başa düşürlər.
London klubunda hesab edirlər ki, Tuxeli mövsümün sonuna qədər saxlamalı, yalnız bundan sonra ona əvəzləyici axtarmaq lazım idi.
Tuxel getdikdən sonra Qrem Potter “Çelsi”nin “sükanı arxasına” keçmişdi. Amma o da yeddi ay komandada işləyəndən sonra çıxarılıb. “Zadəganlar”ı cari mövsümün sonuna qədər Frenk Lempard çalışdıracaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin