“Çelsi” 100 milyon avro ödəməyə hazırdır – Türk futbolçu üçün

“Çelsi” “Yuventus”da çıxış edən türkiyəli hücumçu Kənan Yıldızın transferi ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “DeadlineDayLive” məlumat yayıb.

London təmsilçisinin 19 yaşlı futbolçunu heyətinə qatmaq üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilir. Hazırda “Yuventus”la müddəti 2029-cu ilə qədər müqaviləsi olan Kənan Yıldız A Seriyasının cari mövsümündə 33 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfer baş tutacağı təqdirdə, Kənan Yıldız “Çelsi”nin gənc oyunçu siyasətinin əsas simalarından birinə çevrilə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button