“Çelsi” Sterlinqlə anlaşdı

“Mançester Siti”nin hücumçusu Rahim Sterlinq “Çelsi”də tibbi müayinədən keçib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı ingilis futbolçu London klubu ilə 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulan müqaviləni razılaşdırıb.

Transferin yaxın vaxtlarda açıqlanması gözlənilir.

Sterlinq ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 47 oyunda 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button