“Mançester Siti”nin 2 futbolçusunu istəyir – “Çelsi”
“Çelsi” “Mançester Siti”nin müdafiəçisi Natan Ake və hücumçusu Rahim Sterlinqlə maraqlanır.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, London klubunun sahibi və idman direktoru vəzifəsini icra edən Todd Boeli Sterlinqin transferi üçün “Mançester Siti” ilə danışıqlara başlayıb.
“Çelsi” Akeni transfer etməklə, Antonio Rüdiger və Andreas Kristensenin itkisini kompensasiya etməyə çalışacaq.
Ake ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb və 3 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin