Sanço üçün danışıqlar başlayıb

“Çelsi” Ceydon Sançonun nümayəndələri ilə danışıqlara başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

25 yaşlı futbolçu ötən ilin yayında “Mançester Yunayted”dən icarəyə götürülüb və londonlular onunla uzunmüddətli müqavilə imzalamaqda maraqlıdır. Ancaq yekun qərar ingiltərəli oyunçunun maaş məsələsində razılıq əldə olunmasından asılı olacaq. Klubun maliyyə strukturu müəyyən çərçivələr daxilində olduğundan, Sançonun yüksək maaş tələbləri “Çelsi” üçün risk yarada bilər.

London klubu icarə müqaviləsinin şərtlərinə əsasən, Sançonu 29 milyon avroya transfer etmək hüququna malikdir. Klub bu şərtdən imtina edərsə, “Mançester Yunayted”ə 6 milyon avro təzminat ödəməli olacaq.

Britaniya mediasının məlumatına görə, hazırda Sançonun həftəlik maaşı 357 min avroya qədər yüksəlir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button