
“Çelsi” sabiq futbolçusu ilə maraqlanır
“Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Quehi “Çelsi”nin maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunu transfer etmək istəyir.
Daha əvvəl “Liverpul” Quehini yay transfer pəncərəsində heyətinə qatmaq istəyib, lakin klublar razılığa gələ bilməyiblər.
25 yaşlı futbolçu bu mövsüm başa çatdıqdan sonra azad agent olacaq və onun “Kristal Pelas”la müqaviləsi gələn ilin yayında başa çatacaq. Quehi “Çelsi”nin məzunudur, lakin heç vaxt əsas komandada özünü təsdiqləməyib. “Kristal Pelas” 2021-ci ilin ortalarında ingilis müdafiəçini təxminən 25 milyon avroya “Çelsi”dən alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



