“Çelsi” “Real”ın qarşısına onsuz çıxacaq
“Çelsi”nin hücumçusu Romelu Lukaku Çempionlar Liqasının 1/4 finalında “Real”la cavab oyununda komandasına kömək etməyəcək.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, belçikalı futbolçunun dabanında zədəsi var və bu səbəbdən, aprelin 9-da “Sauthempton”la (6:0) oyunu buraxıb. Lukaku Çempionlar Liqasının “Real”la oyununu da buraxacaq.
“Real” ilk oyunda “Çelsi”yə 3:1 hesabı ilə qalib gəlib. Cavab matçı aprelin 12-də keçiriləcək.
Lukaku cari mövsümdə “Çelsi”nin heyətində 36 oyunda 12 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin