“Çelsi” rəsmisi: “Mövsümü başa vurmaq üçün əlimizdən gələni edəcəyik”

“Çelsi”nin texniki məsləhətçisi Petr Çex London klubunun hazırkı vəziyyətini şərh edib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, çexiyalı keçmiş futbolçu, “Çelsi”nin vəziyyəti ilə bağlı İngiltərə hökuməti ilə danışıqlar apardıqlarını bildirib:

“Biz mövsümü necə başa vuracağımızı bilmək üçün hökumətlə danışıqlar aparırıq. Çətin vəziyyətdir. Suallar çoxdur, cavablar isə az. Biz klub, komanda olaraq bir-birimizi dəstəkləməyə davam edirik. Mövsümü başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.

Böyük Britaniya hökuməti martın 10-da “Çelsi”nin rusiyalı sahibi Roman Abramoviçə və kluba qarşı sanksiyalar tətbiq edib. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb, amma oyunlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilələri yeniləmək qadağan edilib. “Çelsi”nin bank hesabı da bloklanıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button