“Çelsi” Arrisabalaqanı cəzalandırdı
“Çelsi” qapıçısı Kepa Arrisabalaqanı cəzalandırıb.
Komanda.az xəbər verir ki, Kepa, İngiltərə Liqa kubokunun final oyunu çərçivəsində keçirilən “Çelsi” – “Mançester Siti” matçında baş məşqçi Mauritsio Sarriylə mübahisə etdiyinə görə cəza alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Çelsi” Kepanın bir həftəlik məvacibini verməyəcək və həmin pulu klubun xeyriyyəçilik fonduna bağışlayacaq.
Kepanın bir həftəlik məvacibi 225 min avrodur.
“Çelsi” – “Mançester Siti” matçında “zadəganlar”ın baş məşqçisi Mauritsio Sarri, oyuna əlavə olunmuş vaxtda zədələnən Arrisabalaqanı əvəzləmək istəsə də, qolkiper oyunu davam etdirmək istəyib. Onun bu hərəkəti Sarrini texniki zonada özündən çıxarıb.
“Mançester Siti” “Çelsi”ni penaltilər seriyasında məğlub edərək, kubokun qalibi olub.
Bizi Facebook-da izləyin