
Qarnaço yeni klubla anlaşıb
“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço “Çelsi” ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu transfer üçün digər klubları nəzərdən keçirməyib və yalnız “Çelsi”yə keçmək istəyir.
Artıq yaxın günlərdə London klubu və “Mançester Yunayted” arasında Qarnaçonun transfer qiyməti ilə bağlı danışıqlara başlanacağı gözlənilir. “Qırmızı şeytanlar” onun üçün 50 milyon funt sterlinq tələb edir.
21 yaşlı futbolçu son mövsümdə “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 58 oyuna çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin