“Çelsi”nin qapıçısı bu gün yeni klubunda tibbi müayinədən keçə bilər
“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa karyerasını İngiltərənin digər klubu “Bornmut”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında 2025-ci ilin yayına qədər olan icarə müqaviləsi razılaşdırılıb. Onlar anlaşmanın son detallarını həll etməlidirlər. Hər şey qaydasında olsa, bu gün 29 yaşlı qolkiper yeni klubunda tibbi müayinədən keçəcək.
İspaniyalı qolkiper ötən mövsüm “Real”da icarə əsasında çıxış edib. O İspaniya çempionatında iştirak etdiyi 14 matçda 9 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin