Qapıçı axtarırlar

İngiltərənin “Çelsi” klubu qapıçı axtarışına başlayıb.

Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, buna səbəb London təmsilçisinin qolkiper Kepa Arrisabalaqa və Eduard Mendiyə etimad göstərməməsidir.

Namizədlər arasında “İnter”dən Andre Onana, “Borussiya”dan (Dortmund) Qreqor Kobel, “Brentford”dan David Raya və “Valensiya”dan Georgi Mamardaşvili var. “Çelsi”nin nümayəndələri adıçəkilən qapıçılardan birini transfer etmək üçün danışıqları davam etdirir.

“Zadəganlar” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla 11-ci pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button