“Çelsi” Qallaherlə bağlı qərarını dəyişib
Yarımmüdafiəçi Konor Qallaher gələn mövsüm də “Çelsi”də qala bilər.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, klub futbolçunun gələcəyi ilə bağlı mövqeyini dəyişmək qərarına gəlib və ona yeni müqavilə təklif etməyə hazırdır.
Daha əvvəl mətbuatda Qallaherin xidmətində “Tottenhem” və “Aston Villa”nın maraqlı olduğu bildirilirdi.
Yarımmüdafiəçinin “zadəganlar”la hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonunda başa çatır.
O, İngiltərə Premyer Liqasının son mövsümündə 37 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin