“Çelsi” qalib gəldi, “Mançester Siti” xal itirdi

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 5 görüş baş tutub.

“Çelsi” “Şeffild Yunayted”i, “Nyukasl” “Fulhem”i məğlub yola salıb. Səfərdə “Börnli” ilə qarşılaşan “Everton” da turu qələbə ilə başa vurub. “Mançester Siti” isə “Kristal Pelas”la ev oyununda qələbəni əldən verib.

“Bornmut” – “Luton Taun” matçı da hesab 1:1 olarkən yarıda qalıb. Buna qonaq komandanın kapitanı Tom Lokyerin 59-cu dəqiqədə huşunu itirərək yerə yıxılması səbəb olub. Həkimlərin yardımından sonra özünə gələn futbolçu dərhal xəstəxanaya çatdırılıb. Hakimlər bu matçı davam etdirməməyə qərar veriblər.

İngiltərə Premyer Liqası
17-ci tur

15 dekabr

Nottingem Forest – Tottenhem 0:2
Qollar: Riçarlison, 45+2. Kuluşevski, 65.

16 dekabr

Bornmut – Luton Taun 1:1 (yarıda qalıb)
Qollar: Solanke, 58 – Adebayo, 3.

Çelsi – Şeffild Yunayted 2:0
Qollar: Palmer, 54. Cekson, 61.

Mançester Siti – Kristal Pelas 2:2
Qollar: Qriliş, 24. Lyuis, 54 – Mateta, 76. Olise, 90+5-pen.

Nyukasl – Fulhem 3:0
Qollar: Miley, 57. Almiron, 64. Burn, 82.

Börnli – Everton 0:2
Qollar: Onana, 19. M.Kin, 25.

17 dekabr

18:00. Arsenal – Brayton
18:00. Brentford – Aston Villa
18:00. Vest Hem – Vulverhempton
20:30. Liverpul – Mançester Yunayted

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button