“Çelsi”də Poçettino ilə bağlı qərar verilib
“Çelsi” baş məşqçisi Maurisio Poçettino ilə bağlı qərarını verib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 51 yaşlı argentinalı mütəxəssisə dəstək olduqlarını bildiriblər. İngiltərə klubu Poçettinoya güvənir və onun tez bir zamanda yaxşı nəticələr əldə ediləcəyinə inanır.
“Zadəganlar” bu mövsüm İngiltərə Premyer Liqasında oynadıqları 6 matçdan sonra 5 xalla 14-cü pillədə qərarlaşıblar.
Poçettino iyul ayında London təmsilçisinin baş məşqçisi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin