“Çelsi” Poçettino ilə anlaşmağa yaxındır
PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino “Çelsi”ni çalışdırmağa yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Məlumata görə, londonlularla argentinalı mütəxəssis arasında danışıqlar artıq son mərhələyə qədəm qoyub.
Poçettinonun son iş yeri ötən yay tərk etdiyi PSJ olub. O, buna qədər “Tottenhem”, “Sauthempton” və “Espanyol”u çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin