“Çelsi” özünə yeni baş məşqçi tapdı
İngiltərə “Brayton”unun baş məşqçisi Qrem Potter “Çelsi”yə rəhbərlik etməyə şifahi razılıq verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “zadəganlar”ın rəhbərliyi ingiltərəli mütəxəssislə görüş keçirib. Görüşdən sonra tərəflər razılıq əlaməti kimi bir-birilərinin əllərini sıxıblar.
Hazırda Potterin yeni vəzifədə sentyabrın 10-da “Fulhem”lə matçadək işə başlaması üçün rəsmi sənədlərin hazırlanma prosesi gedir. London klubunun sahibləri bütün formallıqları sutka ərzində sona çatdırmaq istəyirlər.
“Çelsi” sentyabrın 6-da Tomas Tuxeli baş məşqçi postundan istefaya göndərib. İngiltərə Premyer Liqasında 6 turdan sonra London komandası 10 xalla 6-cı yeri tutur. Çempionlar Liqasının ilk turunda “zadəganlar” Xorvatiyada Zaqreb “Dinamo”suna uduzub – 0:1.
Bizi Facebook-da izləyin