
“Çelsi” yeni oyunçular almağı dayandırmalıdır!”
İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager “Çelsi”nin transfer siyasəti ilə bağlı fikirlərini bildirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Karragerin fikrincə, londonlulara yeni oyunçular lazım deyil:
“Çelsi” yeni oyunçular almağı dayandırmalıdır! Futbolçu olsaydım, ora niyə gedəcəyimi düşünərdim. Yeganə səbəb çoxlu pul üçün 7 illik müqavilə ola bilər”.
“Çelsi” Premyer Liqanın açılış turunda doğma meydanda “Mançester Siti”yə 0:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin