“Çelsi” Osimhenlə bağlı mövqeyini dəyişib
“Çelsi” “Napoli”nin hücumçusu Viktor Osimhenin transferi ilə bağlı mövqeyini dəyişib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu əvvəllər nigeriyalı futbolçunu sonradan satınalma şərti ilə icarəyə götürməyə hazır idi, lakin Osimhen belə bir sözləşməyə razı olmayıb.
“Çelsi” Osimhenlə daimi müqavilə imzalamağa hazırdır. Londonlular “Napoli”nin maraq dairəsində olan hücumçusu Romelu Lukakunu da bu müqaviləyə daxil etmək istəyirlər.
Osimhen uşaqlıqda “Çelsi”yə azarkeşlik etdiyini bir neçə dəfə etiraf edib və onun kumiri bu komandanın keçmiş forvardı Didye Droqba olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin