“Çelsi” onu da sevindirəcək
“Çelsi” tezliklə 23 yaşlı yarımmüdafiəçi Meyson Mauntla yeni, uzunmüddətli müqavilə imzalayacaq.
Komanda.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “tvitter” hesabında məlumat yayıb.
“Çelsi”nin yeni sahibləri yayın əvvəlində əsas komandaya köklənmiş yetirmələrinə yeni müqavilələr təklif etməyi planlaşdırıblar. Əvvəlcə rəhbərlik Ris Ceymslə müqaviləni uzadaraq, onu klub tarixində ən çox maaş alan müdafiəçi edib. İndi növbə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq Meyson Mauntundur.
Maunt bu mövsüm bütün yarışlarda 11 oyunda 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin