“Çelsi” onunla müqaviləni uzatmaq istəyir
İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçi Meyson Mauntun müqaviləsini uzatmaqda maraqlıdır.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “Çelsi”də transferlərə qoyulan məhdudiyyətlər “zadəganlar”ın 23 yaşlı futbolçu ilə müqaviləni uzatmasına mane olur.
Mauntun “Çelsi” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Futbolçu bu mövsüm bütün yarışlarda 50 oyuna çıxıb, 12 qol vurub və 15 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin