Yeni müqavilə imzalayacaq
“Çelsi”nin müdafiəçisi Tyaqo Silva klubla müqaviləsini yeniləməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “zadəganlar” braziliyalı futbolçu ilə cari sözləşməni 2024-cü ilin iyun ayının sonuna qədər uzada bilər.
Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Silva 2020-ci ilin avqustundan “Çelsi”də çıxış edir. O, bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 23 matça çıxıb və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin