“Çelsi” Osimhen üçün 2 futbolçusunu təklif etməyə hazırdır

“Napoli”nin hücumçusu Viktor Osimhen İtaliya çempionatını İngiltərə Premyer Liqasına dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” hələ də nigeriyalı futbolçunun xidmətində maraqlıdır. İngiltərə klubunun rəhbərliyi transferə görə təzminat məbləğini azaltmaq üçün neapollulara iki futbolçusunu təklif etməyə hazırdır. Hücumçu Romelu Lukaku və yarımmüdafiəçi Çezare Kasadei İtaliyaya gedə bilər.

Osimhen 2020-ci ildən “Napoli”də çıxış edir. O, ötən mövsüm 32 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button