Feliks Londona gedib – İngiltərə klubu ilə müqavilə bağlamaq üçün
“Atletiko”nun yarımmüdafiəçisi Joao Feliks tibbi müayinədən keçmək və “Çelsi”yə transferi ilə bağlı rəsmi işləri tamamlamaq üçün artıq Londondadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular portuqaliyalı futbolçu üçün Madrid klubuna 50 milyon avro+5 milyon bonus ödəyəcək.
24 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Atletiko”da çıxış edir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Çelsi”də keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin