İngiltərə klubu Fermin Lopes üçün 40 milyon avro ödəməyə hazırdır

“Barselona”nın futbolçusu Fermin Lopes karyerasını İngiltərə çempionatında davam etdirmək variantına malikdir.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçini “Çelsi” transfer etməkdə maraqlıdır.

Londonlular Lopesin transferi üçün təxminən 40 milyon avro ayırmağa hazırdır. Onunla “Barsa” arasında hazırkı müqavilənin müddəti 2029-cu ilin ortalarınadək qüvvədədir.

21 yaşlı futbolçu cari mövsümdə İspaniya La Liqasında 23 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button