
“Çelsi” 17 yaşlı futbolçu üçün 51 milyon avro ödəyəcək
“Sportinq”in yarımmüdafiəçisi Covanni Kenda karyerasını “Çelsi”də davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçunun transfer qiyməti 51 milyon avro olacaq. Yarımmüdafiəçi gələn il londonluların heyətinə qatılacaq və onun müqaviləsi daha bir mövsüm uzadılma ehtimalı ilə 7 mövsümlük olacaq. Futbolçunu almaq uğrunda mübarizədə “Çelsi” keçən yay onu heyətinə qatmağa cəhd edən “Bayern” və “Mançester Yunayted”i qabaqlayıb.
Kenda bu mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



