
“Çelsi” braziliyalı hücumçu üçün 100 milyon avroluq təklif hazırlayıb
“Real”ın hücumçusu Rodriqo İspaniya çempionatından İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, braziliyalı forvardla İngiltərə çempionatının bir neçə top-klubu maraqlanır. Söhbət “Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi”dən gedir.
“Çelsi” rəhbərliyi bu rəqabətdə qalib gəlmək istəyir və Rodriqonun transferi üçün artıq təklif hazırlayıb. Onlar 24 yaşlı oyunçu üçün 100 milyon avrodan çox ödəməyə hazırdır.
Rodriqonun hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



