
İngiltərə klubu “Barselona”nın müdafiəçisini istəyir
Fransa millisinin və “Barselona”nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirmək imkanına malikdir.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, “Çelsi” fransalı futbolçunun xidmətinə maraq göstərir.
London klubunun rəhbərliyi sözləşməni yayda həyata keçirmək üçün hər cür səy göstərəcək. “Barselona” isə öz növbəsində, Kunde ilə ayrılmaq istəmir və ona yeni müqavilə təklif edəcək.
26 yaşlı oyunçu İspaniya çempionatının cari mövsümündə 28 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



