
“Çelsi”nin Nkunkunun satışından nə qədər qazanmaq istədiyi məlum olub
“Çelsi” hücumçusu Kristofer Nkunkunun satışından nə qədər gəlir əldə etmək istədiyini açıqlayıb.
Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, London klubu 27 yaşlı futbolçunun transferindən təxminən 41 milyon avro qazanmağı hədəfləyir.
Bildirilir ki, Nkunku gələn mövsüm “Çelsi”də qalmaq istəmir.
Fransalı forvard 2023-cü ilin yayında “Çelsi”yə transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə 45 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



