“Çelsi” hücumçusunun qiymətini aşağı salıb

“Çelsi” hələ də hücumçusu Kristofer Nkunkunu satmağa çalışır.

Komanda.az “The Atletic”-ə istinadən xəbər verir ki, London klubu fransalı futbolçunun qiymətini aşağı salıb.

“Çelsi” qışda Nkunkunu 65 milyon funt-sterlinqə qiymətləndirmişdi. İndi isə 43 milyon funt-sterlinqdən başlayan təklifləri qəbul etməyə hazırdır.

Daha əvvəl London klubunun baş məşqçisi Enzo Mareskanın Nkunkunu əsas komandanın oyunçusu hesab etmədiyi bildirilirdi. Onunla “Bayern” və “Mançester Yunayted” maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button