“Çelsi” Almaniya klubunun futbolçusunu izləyir

“Çelsi” Almaniya klubu “Leyptsiq”in vingeri Yan Diomandeni hədəfə alıb.

London klubu 18 yaşlı futbolçunun bu mövsümdə göstərdiyi inkişafdan ciddi şəkildə təsirlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonluların nümayəndələri Diomandenin çıxışını yaxından izləyirlər və onun klubun layihəsinə mükəmməl uyğun gələcəyinə inanırlar.

Gənc futbolçu cari mövsümdə 10 oyunda 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. O, Fil Dişi Sahili millisinin heyətində isə 2 oyuna çıxaraq, 2 dəfə fərqlənib.

“Çelsi” noyabrın 5-də, UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”la (2:2) qarşılaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button