“Çelsi” onu satmağa hazırdır

“Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyex klubu tərk edə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, londonlular 29 yaşlı mərakeşli üçün təklifləri nəzərdən keçirməyə hazırdırlar.

Daha əvvəl futbolçu ilə “Nyukasl”ın maraqlandığı bildirilirdi.

Ziyex 2020-ci ildən “Çelsi”də çıxış edir. Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button