“Çelsi” ondan razıdır – Müqaviləsi yenilənəcək

“Çelsi” yarımmüdafiəçi Konor Qallaherlə yeni müqaviləni müzakirə etməyi planlaşdırır.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, klub futbolçudan razıdır.

23 yaşlı yarımmüdafiəçinin “zadəganlar”la hazırkı müqaviləsi 18 ay sonra başa çatır.

Qallaher 2018-ci ildən “Çelsi”də çıxış edir. Ümumilikdə o, London klubunun heyətində 54 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.

“Çelsi” Premyer Liqada 7 turdan sonra 8 xal toplayaraq turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button