
Sterlinq icarəyə verilə bilər
“Çelsi”nin hücumçusu Rahim Sterlinq bu transfer pəncərəsində klubunu dəyişə bilər.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, London təmsilçisi 30 yaşlı futbolçunun icarə ilə transfer təkliflərinə açıqdır.
Həmçinin, “Çelsi” transfer pəncərəsi bağlanmazdan əvvəl hələ 8 oyunçu almağı planlaşdırır.
İngiltərəli futbolçu ötən mövsümü “Arsenal”da keçirib. O, 28 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



