“Çelsi” onu da transfer edir
“Bayer”in futbolçusu Kay Haverts karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, “Çelsi” yaxın günlərdə “Bayer”ə rəsmi təklif göndərəcək. Futbolçunun meneceri də klub rəhbərliyinə Havertsin komandadan ayrılmaq istədiyini bildirib.
Klubun 21 yaşlı futbolçuyla əlaqə saxladığı və onu bu transferə razı saldığı bilidirilir. Geriyə klubların razılaşması qalır.
Haverts cari mövsümdə iştirak etdiyi 43 oyunda 17 qolla yadda qalıb.
“Çelsi” daha əvvəl heyətini “Ayaks”dan Hakim Ziyex və “Leyptsiq”dən Timo Vernerlə gücləndirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin