“Çelsi” onu da satacaq
İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Nqolo Kante ilə bağlı qərarını verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu 29 yaşlı yarımmüdafiəçini satışa çıxaracaq. Komandanın baş məşqçisi Frenk Lempard futbolçunun xidmətində maraqlı olmadığını, xüsusilə, son transferlərdən – Timo Verner və Hakim Ziyexin keçidindən sonra Kanteyə heyətdə yer olmadığını bildirib.
Kantenin yay transfer pəncərəsi dövründə komandadan ayrılması gözlənilir. Fransalı futbolçunun xidmətində “Real”ın maraqlı olduğu bildirilir. 2016-cı ildən “Çelsi”də çıxış edən Kantenin klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Bir müddət əvvəl “Çelsi”nin daha 6 futbolçusuyla yollarını ayıracağı açıqlanmışdı. “Zadəganlar”ın Emerson, Teuma Bakayoko, Mişi Batşuayi, Davide Zappakosta, Viktor Mozes və Denni Drinkuoteri satacağı bildirilir.
Bizi Facebook-da izləyin