
“Çelsi” hücumçusunu icarəyə verməyə hazırdır – Amma bir şərtlə
“Çelsi” hücumçusu Nikolas Ceksonun ayrılığına açıqdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, seneqallı futbolçunu icarə əsasında komandadan buraxmaq mümkündür, ancaq müqavilədə məcburi satınalma şərti olacaq. İcarə haqqı 10 milyon funt sterlinq təşkil edəcək.
Ceksonla maraqlanan klublar arasında “Aston Villa”, “Nyukasl” və “Milan”ın adı çəkilir.
“Çelsi” 28 yaşlı oyunçunun transfer qiymətini 80 milyon funt sterlinq olaraq müəyyənləşdirib. Ancaq bu məbləğin 70 milyon funt sterlinqdən aşağı salınacağı halda, Ceksona olan marağın daha da artacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



