“Qarabağ”ın rəqibi futbolçusunu bir şərtlə sata bilər

“Çelsi” Enzo Fernandesin transferinə yalnız müəyyən şərtlə razılıq verəcək.

Argentina millisinin yarımmüdafiəçisinin adı uzun müddətdir ki, “Real”la hallanır. Yay transfer pəncərəsində konkret razılaşma əldə olunmasa da, “kral klubu” ona marağını qoruyur.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, London təmsilçisi yalnız bir halda “Real”ın təklifini dəyərləndirəcək – Madrid klubu oyunçu üçün 121 milyon avrodan çox ödəməlidir.

“Çelsi” 24 yaşlı futbolçunu 2023-cü ilin əvvəlində məhz bu məbləğə “Benfika”dan transfer etmişdi. Onun londonlularla müqaviləsinin müddəti 2032-ci ilə qədərdir.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button