“Çelsi” onu ərəblərə satdı
Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib.
Komanda.az xəbər verir ki, İngiltərənin “Çelsi” klubu müdafiəçisi Xalidu Kulibalini “Əl-Hilal”a satıb.
London təmsilçisi 32 yaşlı mərkəz müdafiəçisinin satışından 23 milyon avro qazanıb. Futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Seneqal millisinin üzvü “Çelsi”yə 2022-ci ildə “Napoli”dən keçib. O, “zadəganlar”ın heyətində bütün turnirlərdə 32 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin