
“Çelsi” ondan vaz keçməyib
“Çelsi” hələ də “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesi transfer etmək istəyindən vaz keçməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu dünən ispaniyalı futbolçunun agentləri ilə bir daha əlaqə saxlayaraq, onun planlarını öyrənməyə çalışıb.
Kataloniya təmsilçisində Lopesin qalacağı güman olunur, ancaq londonlular ümidlərini itirməyiblər.
İspaniya mətbuatı xəbər verib ki, 22 yaşlı oyunçu gələcəyinə dünən aydınlıq gətirəcəkmiş, amma bu baş verməyib. Daha dəqiq məlumatın bu gün məlum olacağı ehtimal olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



