
İngiltərə klubu Torres üçün 30 milyon avro ödəməyə hazırdır
“Barselona”nın vingeri Ferran Torres klubunu dəyişə bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Çelsi” ispaniyalı futbolçunun xidmətində maraqlıdır və yayda onun üçün təxminən 30 milyon avro ödəməyə hazırdır.
Torres daha əvvəl İngiltərə Premyer Liqasında “Mançester Siti”də çıxış edib, 2022-ci ildə “Barselona”ya keçib.
24 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 26 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin