Müqaviləsi ləğv edilə bilər – “Barselona”ya dəstək olduğu üçün
“Çelsi” Pyer-Emerik Obameyanqla müqaviləni ləğv edə bilər.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “zadəganlar” qabonlu hücumçunun İspaniyaya səfər etməsindən qəzəblənib. Obameyanq İspaniya La Liqasının 26-cı turunun “Barselona” – “Real” (2:1) matçında keçmiş klubuna dəstək olub.
Futbolçunun “Çelsi” ilə sözləşməsi 2024-cü ilə qədər qüvvədədir. Lakin London təmsilçisi cari mövsümün sonunda müqaviləni ləğv etməyə hazır olduğunu deyib. Forvardın istəyi “Barsa”ya qayıtmaqdır. O, bunun üçün maaşının azaldılmasına da razıdır.
Pyer-Emerik Obameyanq 2022/23 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla 18 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin