“Çelsi” Obameyanqa əvəzləyici tapıb

“Çelsi” hücumçusu Pyer-Emerik Obameyanqı əvəz edə biləcək yeni hücumçu tapıb.

Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, London təmsilçisi “Brentford”un hücumçusu İvan Toninin xidmətində maraqlıdır.

Jurnalist Saymon Fillips isə Toninin adının qumar oyunu ilə hallandığını dilə gətirib:

“Toni “Çelsi”nin çox bəyəndiyi oyunçudur. Lakin “zadəganlar” gözləməlidirlər. Çünki futbolçunun adı hazırda qumar oynamaqla hallanır. Bütün hallarda, o, hücum mövqeyinə ən yaxşı namizəddir”.

Xatırladaq ki, İngiltərə Futbol Assosiasiyası Tonini 25 fevral 2017-ci ildən 23 yanvar 2021-ci ilə qədər mərc oyunları ilə bağlı 232 dəfə qayda pozuntusuna yol verməkdə ittiham etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button