“Çelsi” hücumçusunu satacaq, onu alacaq

“Çelsi” hücumçusu Kristofer Nkunkunu “Milan”a 42 milyon avroya satmağa hazırlaşır.

Komanda.az xaici KİV-ə istinadən xəbər verir ki, bu satışdan sonra London klubunun əsas hədəfi olan “Mançester Yunayted”in vingeri Alexandro Qarnaçonun transferi rəsmiləşdiriləcək.

Bildirilir ki, artıq “Çelsi” və “Mançester Yunayted” arasında argentinalı futbolçunun keçidi ilə bağlı razılıq əldə olunub. Mətbuatda daha əvvəl dəfələrlə 21 yaşlı Qarnaconun London klubuna keçmək istədiyi vurğulanmışdı.

Qarnaço “Mançester Yunayted”in heyətində ümumilikdə 144 oyun keçirib, 26 qol vurub və 22 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button