“Çelsi” Nkunku ilə anlaşıb
“Çelsi” “Leyptsiq”in hücumçusu Kristofer Nkunku ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 24 yaşlı fransalı ilə müqaviləni razılaşdırıb.
Hücumçu iyun ayında “Leyptsiq”lə müqaviləsini 2026-cı il iyunun 30-na kimi uzadıb və bu müqavilədə 60 milyon avroluq sərbəst qalma maddəsi nəzərdə tutulub.
Nkunku bu mövsüm 11 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin